...

Ərəb Liqası ilə yenidən başladığımız əməkdaşlıq faydalı olacaq - Hakan Fidan

Dünya xəbərləri Materials 11 Sentyabr 2024 02:31 (UTC +04:00)
Ərəb Liqası ilə yenidən başladığımız əməkdaşlıq faydalı olacaq - Hakan Fidan

Bakı. Trend:

Ərəb Liqası ilə yenidən başladığımız əməkdaşlıq faydalı olacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Türkiyə öz bölgəsində və bütün coğrafiyalarda sabitlik və sülhün bərqərar olmasının tərəfdarıdır.” – deyə o qeyd edib.

Fidan Qahirədə keçirilən görüşdə Qəzza başda olmaqla bütün ölkələr üçün vacib olan məsələləri müzakirə etdiklərini bildirib.

“Beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün birgə hərəkət etməlidir və müsəlman ölkələrinin üzərinə təbii ki, daha böyük məsuliyyət düşür. Biz Fələstinlilərin hüquqlarını müdafiə etmək üçün İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və D-8 kimi bütün platformalardan istifadə etməliyik.” – deyə Fidan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti