Bakı. Trend:
ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 17 də Misirə səfər edəcək, Misirin xarici işlər naziri Bədr Abdel Atı ilə birgə ABŞ-Misir Strateji Dialoqunun açılışına həmsədrlik edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı bəyanatında bildirib.
Qeyd olunub ki, strateji dialoq ABŞ-Misir ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi inkişafın dərinləşdirilməsi, eləcə də humanitar sahədə, o cümlədən mədəniyyət və təhsil əlaqələrinin genişləndirilməsinə yönəlib.
Millerin sözlərinə görə, Blinken Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəs əldə etmək, "HƏMAS"ın hücumu zamanı girov götürülən şəxslərin azad edilməsi və fələstinlilərin yaşayış şəraitinin yüngülləşdirilməsi kimi regional təhlükəsizlik məsələlərini də müzakirə edəcək. Səfər iki gün davam edəcək.