...

Şimali Koreya Cənubi Koreyaya yenidən zibil balonları buraxıb

Dünya xəbərləri Materials 22 Sentyabr 2024 15:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

KXDR yenidən Koreya Respublikasına zibil balonları göndərir.

Trend xəbər verir ki, bu barədə Seul rəsmiləri məlumat yayıb. “Şimali Koreya yenidən cənuba doğru zibil balonlarını buraxır”, - deyə Seul meriyası bildirir.

Sonuncu dəfə oxşar hadisə sentyabrın 18-də baş vermişdi. Sentyabrın 4-dən Şimali Koreya beş gün ardıcıl olaraq hava şarlarını havaya buraxıb. Sentyabrın 14 və 15-də aksiya təkrarlanıb. Bu kampaniya mayın sonunda başladılıb və o vaxtdan bəri minlərlə hava şarları buraxılıb.

Bundan əvvəl Pxenyan Cənubi Koreyalı fəalların təbliğat vərəqələrinin atılmasını cavabsız qoymayacağını bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti