...

Sinqapur Qran-prisi: Norris mövsümdə 3-cü dəfə qələbə qazanıb

Dünya xəbərləri Materials 22 Sentyabr 2024 18:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Formula-1 üzrə dünya çempionatının Sinqapur Qran-prisi keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın qalibi Lando Norris olub.

Dünən təsnifat mərhələsini 1-ci pillədə bitirən "Maklaren"in piloti əsas yarışa ilk sıradan start verib və üstünlüyünü sonadək qoruyub saxlaya bilib. Maks Ferstappen ("Red Bull") yarışı 2-ci, 1 həftə əvvəl Bakıda qələbə qazanan Oskar Piastri ("Maklaren") isə 3-cü pillədə başa vurub.

Qeyd edək ki, Norris mövsümdə 3-cü qələbəsini qazanıb. Bundan əvvəl britaniyalı Mayami və Niderland Qran-prilərində finiş xəttini birinci keçib.

Xəbər lenti

Xəbər lenti