...

Kosta Rika sahillərində 6,2 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 14 Oktyabr 2024 11:22 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Kosta Rika sahilləri yaxınlığında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilib ki, episentr 3,2 min nəfərin yaşadığı Sardinal rayonundan 52 km, əhalisi 130 min nəfərdən çox olan Nikaraquanın Masaya şəhərindən 159 km məsafədə yerləşib. Zəlzələnin ocağı 19 km dərinlikdə olub.

Hadisə nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti