Bakı. Trend:
Şimali Koreyanın yolları bombalamasına cavab olaraq Cənubi Koreya əsgərləri hərbi demarkasiya xəttinin cənubuna xəbərdarlıq atəşi açıb.
Trend xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat yayıb.
Müdafiə rəsmiləri Cənubi Koreya əsgərlərinin Şimali Koreyanı ölkəyə bağlayan yolların partladılmasından heç bir şəkildə təsirlənmədiyini bildirib.
"Silahlı qüvvələrimiz hərbi sərhəd xəttinin cənubunda yerləşən ərazidə cavab atəşi açıb", - məlumatda qeyd olunub.
Bundan əvvəl Cənubi Koreyanın Birləşmiş Qərargah rəisləri Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya gedən yollarda təxribat törətmək məqsədilə yarımadanın şərqində və qərbində partlayışlar törətdiyini bildirib. Cənubi Koreyaya görə, Şimali Koreya əsgərləri “ağır texnikadan istifadə etməklə əlavə fəaliyyətləri” davam etdirirlər.