...

Boliviyada sabiq prezidentin tərəfdarları tərəfindən bağlanan bəzi yollar təmizlənib

Dünya xəbərləri Materials 2 Noyabr 2024 07:58 (UTC +04:00)

Bakı. Trend:

Boliviya polisi hərbçilərin dəstəyi ilə keçmiş prezident Evo Morales tərəfdarlarının bağladığı bəzi yolları açıb.

Trend-in məlumatına görə, bu barədə Boliviya prezidenti Luis Arse "X" sosial şəbəkəsində bildirib.

"Biz ilk addımı atdıq - Koçabamba departamentindən ölkəmizin qərbinə gedən marşrutu açdıq. İndi biz bu departamenti qəsbkarlardan azad etməyə davam edəcəyik", - deyə o bildirib.

Dövlət başçısı həmçinin hərbçilər tərəfindən girov götürülən yaralı polis əməkdaşları, onların yaxınları və jurnalistlərlə həmrəy olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti