...

Tbilisidə müxalif partiyanın sədri saxlanılıb

Dünya xəbərləri Materials 2 Dekabr 2024 11:01 (UTC +04:00)
Tbilisidə müxalif partiyanın sədri saxlanılıb
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə müxalif "Girçi - Daha çox Azadlıq" partiyasının sədri Zurab Caparidzeni saxlayıblar.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Z.Caparidze Vake rayonunda, parlament binası qarşısında keçirilən etiraz aksiyasının gecə dağıdılmasından sonra bir neçə tərəfdarı ilə birlikdə olarkən saxlanılıb.

Məlumata görə, müxalifətçinin hansı maddə ilə saxlanıldığı dəqiqləşdirilməyib. Daxili İşlər Nazirliyi hələlik rəsmi şərh verməyib.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Tbilisidə "xarici təsirin şəffaflığı" haqqında qanun layihəsinə qarşı keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları xüsusi təyinatlı qüvvələrdən və gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıtmış və bir neçə nəfəri, o cümlədən Zurab Caparidzeni saxlamışdılar.

Zurab Caparidze Gürcüstanın tanınmış müxalifət siyasətçisidir. O, 2015-ci ildə "Girçi" partiyasının həmtəsisçisi olub və 2020-ci ildə "Girçi - Daha çox Azadlıq" partiyasını yaradıb. Z.Caparidze 2018-ci il prezident seçkilərində namizəd olub və 2.3 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti