...

Cənubi Koreya prezidenti milli müdafiə nazirinin istefasını qəbul edib

Dünya xəbərləri Materials 5 Dekabr 2024 04:48 (UTC +04:00)
Cənubi Koreya prezidenti milli müdafiə nazirinin istefasını qəbul edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya Prezidenti Yun Seok Yeol milli müdafiə naziri Kim Yon Hyunun istefasını qəbul edib.

Trend xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Prezident Administrasiyasının Katibliyinin rəhbəri Jon Jin Suk açıqlamasında bildirib: “Bu gün prezident müdafiə naziri Kim Yon Hyunun istefasını qəbul etdi və ona vəzifəsindən istefa verməyə icazə verdi.”

Qeyd edək ki, Cənubi Koreya mediası daha əvvəl Kim Yon Hyunun prezidentə ölkədə hərbi vəziyyətin tətbiqini tövsiyə etdiyini yazmışdı. Dekabrın 4-də Kim Yon Hyun hərbi vəziyyətin məsuliyyətini üzərinə götürdüyünü bəyan edib və həmvətənlərindən üzr istəyərək istefa verib.

Yeni müdafiə naziri vəzifəsinə Səudiyyə Ərəbistanındakı səfir Çxve Byon Hyok namizəd göstərilib. Təhlükəsizlik sahəsində geniş bilik və praktik təcrübəyə malik olan Çxve Byon Hyok ABŞ-la müttəfiqliyin döyüş hazırlığının qorunmasına töhfə verəcək prinsipial və məsuliyyətli şəxs kimi xarakterizə olunur.

Xəbər lenti

Xəbər lenti