...

Rusiyada Norilskə uçan təyyarə qəzalı vəziyyətə düşüb

Dünya xəbərləri Materials 19 Fevral 2025 12:14 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Karsnoyarsk-Norilsk reysi ilə uçan "NordStar" aviaşirkətinə məxsus sərnişin təyyarəsində uçuş zamanı fövqəladə vəziyyət yaranıb.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində icazə verilən yüksəklik həddinin aşılması və hermetikliyin pozulması barədə xəbərdarlıq siqnalı işə düşüb.

Sensorun uçuşdan yarım saat sonra işə düşdüyü bildirilir. Ekipaj üzvləri alçaq yüksəklikdə uçmaqla təyinat nöqtəsinə doğru uçuşu davam etdirməyə qərar verib. Bakı vaxtı ilə 08:05-də təyyarə təhlükəsiz şəkildə eniş edib.

Sərnişinlərdən heç kimin xəsarət almadığı bildirilir. Qeyd edək ki, təyyarənin göyərtəsində 157 nəfərin olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti