...

Dövlət Departamenti ABŞ KİV-ləri ilə bağlı vacib göstəriş verib

Dünya xəbərləri Materials 19 Fevral 2025 13:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların bütün diplomatik missiyalarını xəbər agentliklərinə və nəşrlərə abunəliyi ləğv etməyə çağırıb.

Trend xəbər verir ki, "The Washington Post" (WP) bu barədə qurumun daxili sərəncamına istinadən məlumat yayıb.

Məlumata görə, Dövlət Departamenti yüzlərlə ABŞ səfirliyi və konsulluğunun "The Economist", "The New York Times", "Politico", "Bloomberg", "Associated Press" və "Reuter" kimi agentliklərdən ödəniş müqabilində xəbər almağı dayandırmağı tələb edib.

Diplomatik missiya əməkdaşları abunəliyin saxlanılması üçün vəsatət qaldıra bilərlər. İstisna hal kimi bu icazənin verilməsi üçün, həmin səfirlik və ya konsulluq nəşrə abunəliyin saxlanılmasının diplomatik missiyanın təhlükəsiz fəaliyyəti üçün son dərəcə vacib olduğunu“bir cümlə ilə” əsaslandırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti