...

Husilər Qırmızı dənizdə ABŞ-nin təyyarədaşıyan gəmisinə ikinci zərbə endiriblər

Dünya xəbərləri Materials 17 Mart 2025 06:24 (UTC +04:00)

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisinə ikinci zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə husilərin yaratdığı silahlı qüvvələr bildiriblər.

"24 saat ərzində ikinci dəfə Qırmızı dənizin şimalında Amerikanın USS Harry Truman" təyyarədaşıyan gəmisini vurduq. Bir neçə saat davam edən hücum bir neçə ballistik və qanadlı raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib", - deyə bildirilib.

Bəyanatda qeyd edilib ki, “Yəmən silahlı qüvvələri Amerikanın aviadaşıyıcı qrupunun təcavüzünü dəf edə bilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti