Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri Yəmənin qərbində “Ənsar Allah” üsyançı hərəkatından husilərin mövqelərinə bir sıra hava zərbələri endirib.
Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, ABŞ Əl-Cəvf vilayətinin Baraqiş şəhərində husilərin silah anbarlarına və kazarmalarına hücum edib.
Bundan əlavə, ABŞ ordusu Marib əyalətində üsyançıların hərbi anbarlarına ən azı beş zərbə endirib.