...

Gürcüstandakı etiraz aksiyaları nəticəsində parlamentə dəyən ziyan açıqlanıb

Dünya xəbərləri Materials 24 Mart 2025 14:31 (UTC +04:00)
Gürcüstandakı etiraz aksiyaları nəticəsində parlamentə dəyən ziyan açıqlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin noyabr-dekabr ayında Gürcüstanda keçirilən etiraz aksiyaları ölkənin parlamentinə 500 min lariyə yaxın (təxminən 306 min manat - red.) ziyan vurub.

Trend xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəyan edib.

"Parlamentə yarım milyon lariyə qədər ziyan dəyib. Bunun yalnız 130 min larisi artıq ödənilib. Hazırda bəzi məsələlər ekspertizadan keçir və yekun qiymətləndirməni gözləyirik. Bizim hesablamalarımıza görə, Gürcüstan parlamentinə dəyən ümumi ziyan təxminən 500 min lari təşkil edir", - deyə Papuaşvili brifinqdə bildirib.

Parlamentin spikerinin sözlərinə görə, etirazlar zamanı, xüsusən də pirotexnika vasitəsilə parlamentin bir otağına od vurulması hər kəsin gözü qarşısında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti