...

Ölüm hökmündən bəraət almış şəxsə rekord təzminat ödənilib

Dünya xəbərləri Materials 25 Mart 2025 17:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyada 50 ilə yaxın ölüm hökmünün icrasını gözləyən və yalnız ötən il bəraət alan müttəhim İvao Hakamataya 217 milyon yen (təxminən 2,4 milyon AZN - red.) maddi təzminat ödəniləcək.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu, ölkə tarixində cinayət işi ilə bağlı ödənilən ən yüksək məbləğ kimi tarixə düşəcək. 89 yaşlı Hakamata 1968-ci ildə öz müdirini, müdirinin həyat yoldaşını və iki övladını öldürməkdə təqsirli bilinmiş və ölüm cəzasına məhkum edilmişdi. Lakin 2014-cü ildə işə yenidən baxılmasından sonra istintaqı aparan müstəntiqlərin məhkəməyə saxta dəlillər təqdim etməsi ilə bağlı şübhələr ortaya çıxıb və Hakamata məhkəmədən sərbəst buraxılıb.

Ötən ilin sentyabr ayında isə o Şizuoka şəhər məhkəməsi tərəfindən tam bəraət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti