...

Avropa Ittifaqı Rusiya banklarının SWIFT-ə qaytarılmasına icazə verməyəcək

Dünya xəbərləri Materials 27 Mart 2025 17:37 (UTC +04:00)
Avropa Ittifaqı Rusiya banklarının SWIFT-ə qaytarılmasına icazə verməyəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Rusiyaya qarşı sanskiya rejimini yumşaltmaq və rus banklarının SWIFT sisteminə qaytarılmasına icazə vermək niyyətində deyil.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər avropalı diplomatlara istinadən yazır.

Yanis Klüqe - Almaniya Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Siyasəti İnstitutunun baş elmi işçisi qeyd edib ki, SWIFT sistemi Belçikada yerləşir və buna görə də Avropa qaydalarına və Aİ-nin sanksiya qanunvericiliyinə tabedir.

O Macarıstan kimi ölkələrin Rusiyaya qarşı sanskiyaların uzadılmasına əngəl olmağa çalışacağını bildirsə də, əmindir ki, Vaşinqton Brüsseli Rusiya banklarını SWIFT sisteminə qaytarmağa məcbur edə bilməyəcək.

Qeyd edilir ki, ABŞ administrasiyasının Qara dənizdə atəşkəs barədə sazişin qüvvəyə minməsi üçün Rusiyaya qarşı istənilən sanksiyasının ləğvinə dair Brüsselin razılığının alması tələb olunur.

Qeyd edək ki, bundan əvvəl Rusiya KİV-də Rusiya banklarının yaxın gələcəkdə SWIFT sisteminə qaytarılacağı ilə bağlı məlumatlar yayılmışdı.

Kreml bəyan etmişdi ki, ABŞ və Rusiya arasında Riyadda əldə olunmuş razılaşmanın 1-ci və 2-ci bəndləri yalnız Rosselxozbank və Rusiyanın digər maliyyə təşkilatlarına qarşı tətbiq olunmuş beynəlxalq ticarət əməliyyatları ilə bağlı sanksiya məhdudiyyətlərinin ləğv edilməsi və onların yenidən SWIFT sisteminə qoşularaq, müvafiq müxbir hesabların açılmasından sonra qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti