...

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb

Dünya xəbərləri Materials 30 Mart 2025 09:52 (UTC +04:00)

Bakı. Trend:

Taylandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb, 32 nəfər yaralanıb, 83 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə şəhər administrasiyasından bildiriblər.

Bildirilib ki, ən çox ölənlərin sayı - 9 nəfər Banqkokun şimalında tikilməkdə olan Baş Auditor İdarəsinin binasının uçması zamanı baş verib. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

"Thairath" qəzetindən verilən məlumata əsasən, Banqkok meri Çatçat Sittiphan bildirib ki, mühəndislik xidmətləri şəhərdə 723 binaya baxış keçirib və onlardan ikisinin təhlükəli olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti