...

Bu şirkət ödənişli “Skype” istifadəçilərinin pullarını qaytarmır

Dünya xəbərləri Materials 14 Aprel 2025 21:00 (UTC +04:00)
Bu şirkət ödənişli “Skype” istifadəçilərinin pullarını qaytarmır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft” şirkəti “Skype istifadəçilərinin pullarını qaytarmaqdan imtina edib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, messencerin və videorabitə xidmətinin istifadəçilərin mobil telefonlarına zəng vurmağa imkan verən ödənişli funksiyası var idi. Alternativ rabitə vasitələri (o cümlədən Whatsapp) populyarlaşana qədər ödənişli müştərilər illər ərzində ondan istifadə edərək beynəlxalq zənglərdə əhəmiyyətli dərəcədə qənaət edirdi. Lakin “Microsoft” bu funksiyanı bağlamaqla yanaşı, balansında məbləğlər qalan istifadəçilərin pullarını qaytarmaqdan imtina edib.

Qeyd edək ki, “Skype”ın bu servizi mayın 5-də fəaliyyətini dayandıracaq və oxşar funksiya şirkətin “Teams” messencerində əlçatan olacaq. Məqalənin müəllifləri qeyd edirlər ki, “Microsoft” özün zəhmət verərək, ödənişli istifadəçilərin pullarını niyə qaytarmamasının səbəbini belə açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti