Bakı. Trend:
ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində 33 nəfər ölüb, 80 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Yəmənin "Ənsar Alla"h hərəkatının husi üsyançılarının nəzarətində olan Al Masirah telekanalı xəbər verib.
Məlumata əsasən, Əl-Hudeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən və neft terminalının olduğu "Ras-İsa" limanı cümə günü gecə havadan hücuma məruz qalıb.
Bildirilib ki, orada böyük yanğın baş verib. ABŞ Hərbi Hava Qüvvələri ən azı 14 reyd həyata keçirib və bu reydlər tibb qrupları və mülki müdafiə heyətinin bombalanma yerinə gələndən sonra davam edib.