Bakı. Trend:
Tayvan sahillərində güclü zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, 5,9 maqnitudalı zəlzələnin episentri Kilun şəhərində 140 km cənub-qərbdə qeydə alınıb, yeraltı ocağı isə 105 km dərinlikdə olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb, sunami həyəcanı elan edilməyib.