Bakı. Trend:
2025-ci ilin 3-cü rübünün yekunlarına əsasən, qatlanan smartfonlar bazarında “Samsung” şirkətinin buraxdığı mobil cihazlar liderdir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Counterpoint Research” (CR) araşdırma şirkətinin hesabatına əsasən, ümumilikdə 2025-ci ilin 3-cü rübündə qatlanan smartfonların satışı qlobal səviyyədə 14 faiz artıb. Onların ümumi smartfon tədarüklərindəki payı isə rekord səviyyəyə - 2,5 faizə yüksəlib.
“CR” mütəxəssisləri ən populyar markaları və qatlanan cihaz modellərini açıqlayıblar. Üçüncü rübdə lider "Samsung" olub və bazar payı 64 faiz təşkil edib. Onu “Huawei” və “Motorola” izləyib, müvafiq olaraq 15 və 7 faiz pay alıblar. Ən çox satılan modellər isə “Samsung Galaxy Z Fold 7”, “Huawei Mate X”s və “Motorola Razr 60” olub.
"CR" analitikləri qeyd ediblər ki, 2026-cı ildə bazarda yeni sıçrayış gözlənilir, çünki bazar “daha nəzərəçarpan genişlənmə” mərhələsinə daxil olacaq. Həmçinin, bu il “Apple” öz ilk qatlanan cihazını təqdim etməlidir. Hesabat müəllifləri vurğulayıblar:
