...

“Lenovo” uzanan ekranlı oyun noutbukunu təqdim edəcək

Dünya xəbərləri Materials 10 Dekabr 2025 11:52 (UTC +04:00)
“Lenovo” uzanan ekranlı oyun noutbukunu təqdim edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin korporasiyası “Lenovo” dünyanın ilk uzanan ekranlı oyun noutbukunu yaradıb və onun gələn il dünya bazarlarına daxil olacağı gözlənilir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Windows Latest” nəşrinin məlumatına görə, İT nəhəngi unikal oyun noutbukunu “Legion” brendi altında təqdim etməyə hazırlaşır. Cihazın displeyi həm soldan, həm də sağdan üfiqi şəkildə genişlənə bilən OLED matrisaya malik olacaq.

Ekspertlər innovativ cihazın geymerlər üçün ideal olduğunu hesab ediblər, çünki noutbuk rahatlıqla 21:9 ekran nisbəti əldə edəcək.

Noutbuk eyni zamanda "Intel Core Ultra" mikroprosessoru ilə təchiz olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti