...

Rusiyada vətəndaşlıqla bağlı andiçmə üçün tələb olunan yaş həddi 14-ə endirildi

Dünya xəbərləri Materials 10 Dekabr 2025 14:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Duması Rusiyanın vətəndaşlığını qəbul edən şəxslərin andiçməsi üçün tələb olunan minimal yaş həddini 18-dən 14-ə endirən qanun layihəsini son oxunuşda qəbul edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya parlamentinin aşağı palatasının elektron bazasında yer alır.

Məlumata görə, dəyişikliklər “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna edilib. Sənədə əsasən, əgər şəxs and içməkdən imtina edərsə və ya bunun üçün gəlməzsə, onun Rusiya vətəndaşlığına qəbulu haqda qərar etibarsız hesab olunur.

Layihə hələ 13 fevralda ilk oxunuşda qəbul edilmişdi.

Sənədin izah hissəsində qeyd olunur ki, andiçmə yaşının azaldılması vətəndaşlıq ruhunun yüksəldilməsi və Rusiya Federasiyasının Konstitusiyasına riayət etmə öhdəliyinin şüurlu şəkildə qəbul edilməsi məqsədilə zəruridir.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, Rusiya vətəndaşlığını əldə etmək üçün müraciət edən bütün xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər mütləq qaydada rus dilində and içməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti