Bakı. Trend:
Cənubi Koreyanın Baş naziri Kim Min Sok ABŞ-nin vitse-prezidenti Cey Di Vensə Koreya Xalq Demokratik Respublikasına xüsusi elçi göndərilməsini təklif edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Cənubi Koreyanın Baş naziri bu təklifi Ağ Evdə keçirilən görüş zamanı irəli sürüb. Görüş onun ABŞ-yə beşgünlük səfəri çərçivəsində baş tutub.
“Kimliyindən asılı olmayaraq Şimali Koreyaya xüsusi elçinin göndərilməsi, münasibətləri yaxşılaşdırmaq niyyətini göstərmək üçün bir vasitə ola bilər,” – deyə Min Sok bildirib.
Xatırladaq ki, yanvar ayında ölkənin Müdafiə Nazirliyinin müdafiə siyasəti departamentinin direktoru Kim Hon Çxol Seulun KXDR-ə qarşı hər hansı təxribat planının olmadığını bəyan etmişdi.
