...

ABŞ Putin və Zelenski arasında tezliklə görüşün keçirilməsinə inanır

Dünya xəbərləri Materials 25 Yanvar 2026 02:36 (UTC +04:00)
ABŞ Putin və Zelenski arasında tezliklə görüşün keçirilməsinə inanır

Bakı. Trend:

Vaşinqton administrasiyası hesab edir ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş tezliklə baş tuta bilər.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı ABŞ prezidenti admninistrasiyasının nümayəndəsinə istinadən xəbər verib.

"Putin və Zelenski arasında görüşə çox yaxınıq", - deyə bildirilib.

Əlavə edilib ki, bundan əvvəl əlavə üçtərəfli danışıqlar təşkil olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti