...

ATƏT sədri Kiyevə səfər edib

Dünya xəbərləri Materials 2 Fevral 2026 16:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT-in sədri, İsveçrənin xarici işlər naziri İnqnasio Kassis Kiyevə səfər edib və yaxın vaxtlarda Moskvaya da gedəcəyini bəyan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Biz Moskvaya eyni mesajla gedəcəyik: Rusiya, Ukrayna və daha 55 ölkə ATƏT-in üzvüdür. Əgər onlar bu təşkilata ciddi yanaşırlarsa, hamımız mümkün qədər tez bir həll yolu tapmaq üçün birlikdə işləməliyik”, – Kassis bildirib.

Qeyd edək ki, 2026-cı ildə ATƏT-ə İsveçrə sədrlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti