Bakı. Trend:
Slovakiyanın qərbində yerləşən təhsil müəssisəsində bir şagird pnevmatik tapançadan atəş açıb.
Trend bu barədə Slovakiya KİV-ə istinadən xəbər verir.
Hadisə Novi-Mesto-nad-Vaqom şəhərində yerləşən, uşaq bağçasını, ibtidai məktəbi və gimnaziyanı birləşdirən təhsil müəssisəsində baş verib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. İnsident nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir. Hadisənin təfərrüatları açıqlanmır.
