Bakı. Trend:
Suriyanın bir neçə şimal-qərb bölgəsində, o cümlədən Latakiya, İdlib və Hama əyalətlərində intensiv yağıntılar sel və daşqınlara yol açıb.
Trend-in “SANA”ya istinadən verdiyi məlumata görə, baş verən hadisə nəticəsində yerli humanitar qurumun bir könüllüsü və iki azyaşlı daxil olmaqla üç nəfər həyatını itirib.
Məlumatda qeyd olunur ki, Suriya Qızıl Aypara Cəmiyyətinin könüllüsü Latakiya əyalətinin kənd ərazilərində xilasetmə əməliyyatları zamanı həlak olub, daha dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bundan əvvəl Latakiyanın şimalında yerləşən Ayn-İssa bölgəsində iki uşağın daşqınlar nəticəsində öldüyü açıqlanıb. Hadisə ilə əlaqədar olaraq onlarla ailə təhlükəsiz ərazilərə köçürülüb.