Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi bazar günü İran yaxınlığında Fars körfəzi üzərində uçuş həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə "Flightradar24" xidməti bildirib.
Təyyarə Bəhreyndəki aviabazadan havaya qalxıb. Çoxsaatlıq uçuş zamanı "P-8A Poseidon" təyyarəsi mərkəzi Fars körfəzindəki beynəlxalq sular üzərindən, Bəhreynin şimalında BƏƏ-yə uçub.
Bu Amerika patrul təyyarəsi müntəzəm olaraq Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzindəki vəziyyəti izləmək üçün istifadə olunur.