...

Meksika Kubaya humanitar yardımı davam etdirəcək - Klauadiya Şeynbaum

Dünya xəbərləri Materials 10 Fevral 2026 00:39 (UTC +04:00)
Meksika Kubaya humanitar yardımı davam etdirəcək - Klauadiya Şeynbaum
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksika ABŞ-nin Kubaya neft tədarük edən ölkələrə qarşı rüsum tətbiq etmə planına baxmayaraq, bu ölkəyə humanitar yardım göstərməyə davam edəcək.

Trend xəbər verir ki, bunu Meksika lideri Klauadiya Şeynbaum bəyan edib. Onun sözlərinə görə, ABŞ-nin mövqeyi ədalətsizdir, çünki nəticədə əksər təsir Kuba xalqına dəyir.

Şeynbaum bildirib: “Dəstək daha çox olacaq. Kubaya neft göndərən istənilən ölkəyə qarşı ABŞ-nin tətbiq etdiyi ədalətsiz sanksiyalar səbəbindən heç kimi Kuba xalqının hazırda yaşadığı vəziyyətdə qoymaq olmaz. Əlbəttə, ehtiyacı olan xalqlara hər zaman kömək etdiyimiz kimi, Kuba xalqına da yardım edəcəyik. Hazırda əsasən ərzaq göndəririk və onların ehtiyac duyduğu məhsulların tədarükünü artırmağı planlaşdırırıq”.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksikanın Kubaya neft tədarükünü dayandırdığını açıqlamışdı. Bunun ardından KİV-lərdə ada dövlətində ciddi yanacaq qıtlığı yarandığı barədə məlumatlar yayılmışdı.

Xəbər lenti

Xəbər lenti