Bakı. Trend:
Livanın şimalındakı Tripoli şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki, xilasedicilər dağıntılar altında daha səkkiz nəfəri çıxarıb və onları xəstəxanaya yerləşdiriblər.
Livan Prezidenti Jozef Aun bütün təcili yardım xidmətlərinin xilasetmə əməliyyatına kömək etmək və qonşu binaların sakinlərinə sığınacaq vermək üçün yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib. Baş nazir Nəvaf Salam isə hökumətin təxliyə olunanlara müavinət verməyə hazır olduğunu bildirib və faciəni “illərin səhlənkarlığı” ilə əlaqələndirib.
