Bakı. Trend:
Polşada “Dron Vadisi” adlanan Pilotsuz Uçuş Sistemlərinin Sertifikatlaşdırılması və İnkişaf Mərkəzi Tuşuv-Narodovıy kommunasında inşa ediləcək.
Trend xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.
Layihənin ümumi dəyəri təxminən 135 milyon zlotidir, bunun 42 milyon zloti (8-10 milyon avro) Avropa Subkarpatiya Fondu proqramı vasitəsilə maliyyələşdiriləcək. Yarosinska-Yedynak bildirib ki, investisiya üçün hazırlıq işləri bir neçə ildir davam edir.
Mərkəz Avropa Birliyində C0-C6 sinifli dronları tam sertifikatlaşdıra bilən ilk qurum olacaq. Polşa Akkreditasiya Mərkəzi tərəfindən akkreditə ediləcək və Mülki Aviasiya İdarəsi tərəfindən məlumatlandırılacaq.
13 hektar ərazidə uçuş idarəetmə qülləsi, anqar və iki uçuş-enmə zolağı olan tədqiqat binasının yerləşdirilməsi planlaşdırılır. Torpaqların alınması ilə bağlı danışıqlar və ictimai məsləhətləşmələr isə davam edir.
