Bakı. Trend:
ABŞ-də "Beechcraft Hawker G-36" yüngül təyyarəsi texniki problemlər səbəbindən təcili eniş edərkən avtomobillərə çırpılıb.
Trend xəbər verir ki, hadisə Florida ştatının Qeynsvill şəhərində baş verib və nəticədə ən azı dörd nəfər yaralanıb.
Pilot işlək yola eniş etməyə qərar verib, lakin eniş zamanı təyyarə ən azı beş avtomobilə dəyib. İki sürücü qəlpə yaraları alıb, göyərtədə olan iki nəfər isə yüngül xəsarət alıb.
