Bakı. Trend:
ABŞ-nin dövlət katibi Marko Rubio 13–16 fevral tarixlərində Almaniya, Slovakiya və Macarıstana səfər etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, Marko Rubio 13–15 fevral tarixlərində Almaniyada keçiriləcək 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
Onun Slovakiyaya səfəri 15–16 fevral tarixlərini əhatə edəcək. ABŞ rəsmisi bu ölkədə nüvə enerjisi sahəsində əməkdaşlığın inkişafı, enerji təchizatının şaxələndirilməsi, Slovakiyanın silahlı qüvvələrinin modernləşdirilməsi və NATO çərçivəsində götürdüyü öhdəliklərlə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.
Macarıstanda isə Marko Rubionun iki ölkə arasında enerji əməkdaşlığı məsələlərinə toxunacağı qeyd olunub.
