...

Liviyada hərbi helikopterin qəzası nəticəsində azı 5 nəfər həlak oldu

Dünya xəbərləri Materials 10 Fevral 2026 08:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Liviyanın cənubunda yerləşən “Maaten əs-Sarra” hərbi bazası yaxınlığında Liviya Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı beş nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, helikopter səhradan təcili tibbi təxliyə məqsədilə humanitar missiya yerinə yetirirmiş.

Məlumata görə, həlak olanlar arasında Liviya hərbçiləri və tibbi heyətlə yanaşı, tibbi təxliyə briqadasının tərkibində olan iki əcnəbi hərbçi də var.

Hakimiyyət orqanları hadisənin səbəblərini araşdırmağa başlayıb. İlkin ehtimallara əsasən, helikopterin qəzaya uğramasına texniki nasazlıq səbəb olub.

Xəbər lenti

Xəbər lenti