Bakı. Trend:
ABŞ komandalığı "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi təyyarədaşıyan zərbə qrupunun yerləşdiyi Yaxın Şərqə göndərilmək üçün mümkün bir əmr gözləyirlər.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər verib.
"ABŞ-nin üç rəsmisi bildirib ki, Pentaqon ABŞ ordusunun İrana mümkün hücuma hazırlaşdığı bir vaxtda Yaxın Şərqə göndərilmək üçün ikinci bir aviadaşıyıcı zərbə qrupunun hazırlandığını açıqlayıb", - deyə bildirilib.
Həmsöhbətlərindən biri dəqiqləşdirdi ki, yenidən yerləşdirmə əmri yaxın saatlarda verilə bilər. Aviadaşıyıcı ABŞ-nin şərq sahillərindən iki həftə ərzində yola düşə bilər.