...

ABŞ hava məkanının bağlanması səbəbi açıqlandı

Dünya xəbərləri Materials 12 Fevral 2026 07:41 (UTC +04:00)

Bakı. Trend:

Pentaqon və ABŞ Federal Aviasiya Administrasiyası (FAA) arasında dronlara qarşı lazer silahlarının sınağı ilə bağlı fikir ayrılığı Texasın El Paso şəhəri və Nyu-Meksikonun cənubu üzərində hava məkanının bağlanmasına səbəb olub.

Trend-in məlumatına görə, bu barədə Associated Press mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu Meksika narkokartellərinə məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatlarına qarşı lazer sınaqları planlaşdırıb. FAA isə mülki aviasiyanın təhlükəsizliyini əsas gətirərək hava məkanını 10 gün müddətinə bağlayıb. El Paso Beynəlxalq Hava Limanı da müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Xəbər lenti

Xəbər lenti