Bakı. Trend:
Çilidə 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:34-də (Bakı vaxtı ilə saat 17:34-də) 37 kilometr dərinlikdə baş verib.
Dağıntılar və insan itkisi barədə hələlik məlumat daxil olmayıb.
