...

Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ oldu

Dünya xəbərləri Materials 13 Fevral 2026 04:32 (UTC +04:00)
Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, yeraltı təkanlar Yaponiyanın cənubunda yerləşən Okinava prefekturası yaxınlığında baş verib.

Bildirilib ki, zəlzələnin episentri təxminən 300 min əhalisi olan Naha şəhərindən 106 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti