...

İraq Türkmənləri Cəbhəsinin sədri Səlahəddin Ergəç Ankaradadır

Dünya xəbərləri Materials 2 May 2006 14:45 (UTC +04:00)

İraq türkmənləri cəbhəsinin sədri Səlahəddin Ergəç Ankaradadır. Əsas məqsəd yerli ictimaiyyətin diqqətini İraqdakı həmvətənlərin vəziyyətinə çəkməkdən ibarətdir.

Trend in Türkiyədəki xüsusi müxbirinin xəbər verdiyi kimi, yerli icmalçıların qiymətləndirmələrinə görə, İraqda təxminən 3 mln etnik türklər - türkmənlər yaşayır. Onlar arasında birliyin olmaması, sünni və şiə qruplaşmalarının mövcudluğu ilə əlaqədar İraqda seçkilər zamanı türkmənlər müstəqil siyasi qüvvə kimi çıxış edə bilməyib. Ankara İraq Türkmənləri Cəbhəsini dəstəkləyir və onların birləşməsi üçün iş aparır.

Ankaradakı İraq Türkmənləri Mərkəzinin məlumatına görə, ABŞ Silahlı Qüvvələri bölmələrinin, kürd dəstələri və İraq ordusunun Təl-Afərdə apardığı sonuncu "antiterror əməliyyatı" nəticəsində dinc əhali arasında çoxlu sayda qurban var. Qeyd olunur ki, Təl-Afər daha çox türkmənin məskunlaşdığı yeganə Şimali İraq şəhəridir. Şəhər İraqın şimalında Türkiyə və Suriya ilə sərhədlərin birləşdiyi strateji məntəqədə yerləşir.

Xəbər lenti

Xəbər lenti