...

Mayın 4-8-də NATO PA prezidenti Pyer Leluş Tiflisə səfər edəcək

Dünya xəbərləri Materials 4 May 2006 15:21 (UTC +04:00)

NATO Parlament Assambleyasının prezidenti Pyer Leluş və PA bürosu üzvlərinin Tiflisə rəsmi səfəri mayın 4-8-də həyata keçiriləcək.

Parlamentdən bildirilib ki, səfər çərçivəsində ölkə prezidenti Mixail Saakaşvili, baş nazir Zurab Noqaideli, parlamentin sədri Nino Burcanadze, müdafiə naziri İrakli Okruaşvili və parlamentin müxalifət fraksiyasının nümayəndələri ilə görüşlər keçiriləcək.

Trend in xəbər verdiyi kimi, nümayəndə heyəti Gürcüstan ərazisindəki münaqişə zonalarına, Axalkalakidəki Rusiya hərbi bazalarına baş çəkəcək. Bundan başqa, jurnalistlərlə də görüş planlaşdırılıb. Bu barədə Praym-Nyus xəbər verir.

Xəbər lenti

Xəbər lenti