...

Georgi Baramidze: Gürcüstanın məqsədi NATO-ya daxil olmaqdır

Dünya xəbərləri Materials 25 May 2006 17:13 (UTC +04:00)

Gürcüstanın baş nazirinin müavini, Gürcüstanın Avropa və Avroatlantika strukturlarına inteqrasiyası məsələləri üzrə dövlət naziri Georgi Baramidze onun ölkəsinin başlıca məqsədinin NATO-ya daxil olmaq olduğunu təsdiqləyib.

G.Baramidze bu gün Düşənbədə MDB ölkələri hökumətlərinin başçıları Şurasının iclası çərçivəsində bildirib ki, "indi biz öz yolumuzu müəyyən etmişik. Bu NATO-ya və Avropa Birliyinə inteqrasiyadır.

O bildirib ki, "hazırda biz NATO ilə Fərdi tərəfdaşlıq planı üzərində işləyirik və biz irəliləyirik və məqsədimiz NATO-ya mütləq daxil olmaqdır.

Trend in Praym-Nyusa istinadən verdiyi məlumata görə, "indi NATO-nun bütün standart və strukturlarına uyğun gəlmək üçün demokratik institutlarda və digər idarəetmə orqanlarında islahatlar aparılır".

Xəbər lenti

Xəbər lenti