Parlamentin sədri Nino Burcanadze cümə axşamı Helsinki şəhərinə yola düşdü. O, burada Finlandiya parlamentinin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
"Trendə" Praym-Nyusa əsasən ali qanunvericilik orqanından verilən xəbərə görə, Gürcüstan parlamentinin nümayəndə heyəti Tallindən Helsinkiyə yola düşüb və burada Avropa Şurasının Parlament Assambleyasının himayəsi altında 30-31 mayda Avropa ölkələri parlamentlərinin spikerlərinin konfransı keçirilib.
Nino Burcanadze Tallində Albaniyanın, Almaniyanın, Bosniya və Hersoqovinanın, Azərbaycanın, Belçikanın, Yunanıstanın, İspaniyanın, İtaliyanın, Polşanın, Litvanın, Estoniyanın, Rumıniyanın, Hollandiya və Xorvatiyanın parlament spikerləri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə Gürcüstanın siyasi prioritetləri səsləndirilib və "intensiv dialoq" formatında Şimali Atlantika alyansı ilə əməkdaşlıqda yeni mərhələyə keçid müddətlərinin əhəmiyyətliliyi qeyd olunub.
Avropa ölkələri parlament spikerlərinin konfransında Nino Burcanadze "Ölkə daxilində və onun hüdüdlarından kənarda demokratizasiya prosesində parlamentin rolu" mövzusunda nitqlə çıxış edib.
Gürcüstan parlamentinin nümayəndə heyəti Tbilisiyə 3 iyunda qayıdacaq.