...

Türkiyə Bosforda Ukrayna silahı daşıyan inglis gəmisini saxlayıb

Dünya xəbərləri Materials 12 İyun 2006 17:53 (UTC +04:00)

Türkiyənin gömrük işçiləri Bosfor boğazında bəyannamadə qeyd olunmamış silah daşıyan inglis gəmisini saxlayıb. Bu barədə Trend agentliyi "Novosti" RİA-ya istinadən xəbər verir.

Scanscot gəmisi Ukrayna limanından Ərəb Əmirliklərinə istiqamət tutubmuş. Gəmidə 6 zirehli maşın və 20 yeşik silah aşkarlanıb ki, bunlar beynəlxalq sazişlərə müvafiq şəkildə bəyannamadə göstərilməyib.

"Lenta.ru" isə yazır ki, yükü göndərən Ukrayna, alan isə Amerika şirkətidir. Gəmi kapitanı yükün sahibinin adını çəkməkdən imtina edib.

Gömrük işçiləri yuxarı istansiyalara məlumat veriblər və hazırda göstəriş gözləyirlər.

Qeyd edək ki, oxşar hadisə 2004-cü ilin iyununda da baş vermişdi. O zaman Türkiyənin gömrük əməkdaşları Ukraynadan Misirə doğru hərəkət edən Portuqaliya gəmisində bəyananmadə qeyd olunmamış silah və raket aşkarlamışdı.

Xəbər lenti

Xəbər lenti