...

Nokia və Siemens $15,8 mlrd dövriyyəsi olan müştərək telekommunikasiya şirkəti yaratmaq niyyətindədir

Dünya xəbərləri Materials 19 İyun 2006 17:23 (UTC +04:00)

Nokia və Siemens mobil və fiksə edilmiş rabitə xidmətləri göstərən müştərək şirkət yaratmaq niyyətini bildirib. Söhbət şirkətlərin telekommunikasiya aktivlərinin birləşdirilməsi və bunun əsasında müştərək müəssisənin yaradılmasından gedir. Həmin şirkət Nokia Siemens Networks adlanacaq.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, baş qərargahı Helsinkidə yerləşən bu şirkət həcminə görə dünyada üçüncü, infrastruktur və mobil xidmətlərə görə - ikinci, fiksə edilmiş rabitə xidmətləri sahəsində - üçüncü olacaq. 50 min işçisi olacaq şirkətin dövriyyəsi təxminən 15,8 mlrd avro təşkil edəcək. Nokia Networks Business Group bölməsinin rəhbəri Saymon Beresford-Uayli şirkətin icraçı direktoru, Siemens AG Austria idarə heyətinin üzvü Peter Şenxofer maliyyə direktoruna təyin olunacaq. Sövdənin 2007-ci ilin yanvarın 1-nə qədər başa çatması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti