...

Qırğızıstan prezidenti Qazaxıstanda rəsmi səfərdədir

Dünya xəbərləri Materials 4 İyul 2006 16:06 (UTC +04:00)

Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Astanaya rəsmi səfərə gəlib.

Göyərtəsində Qırğızıstan liderinin olduğu təyyarə bir neçə dəqiqə əvvəl Astana limanında yerə enib. Bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin nümayəndəsi xəbər verib.

Trend "Kazakhstan Today"a istinadən xəbər verir ki, limanda prezidenti Qazaxıstanın xarici işlər naziri Kasımjomart Tokayev və energetika və mineral ehtiyatlar naziri Baxtıkoja İzmuxambetov qarşılayıb.

Səfər çərçivəsində Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşəcək. Dövlət başçıları iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi haqqında birgə bəyanat imzalayacaq. Ümumilikdə səfər çərçivəsində miqrasiya, gömrük qanunvericiliyi, mədəni qarşılıqlı əlaqə, eləcə də tələbə mübadiləsi və sair sahələrdə 12 sənədin imzalanması planlaşdırılır.

Qırğızıstan prezidenti Qazaxıstanın baş naziri Danial Axmetov, Qazaxıstan parlamentinin sədri Ural Muxamedjanov və iş adamları ilə görüşəcək.

K. Bakiyev "Astanagenplan" kommunal müəssisəsi və "Bayterek" kompleksinə baş çəkəcək ki, burada ona Qazaxıstan paytaxtının baş planını təqdim edəcəklər.

Xəbər lenti

Xəbər lenti