...

Regionlar Partiyası Ukrayna prezidentinin impiçment i məsələsini müzakirə etmir

Dünya xəbərləri Materials 19 İyul 2006 15:49 (UTC +04:00)

Regionlar Partiyası Ukrayna prezidenti Viktor Yuşenkonun impiçmenti mövzusunu müzakirə etmir. Bu barədə Regionlar parrtiyasının Ukraynanın Ali Radasındakı fraksiya rəhbərinin müavini Yevgeni Kuşnaryov dünən "5-ci kanal"ın efirində bəyan edib.

"Prezidentin impiçmenti mövzusu Regionlar Partiyasında müzakirə edilmir və bu mövzunu genişləndirmək üçün heç bir əsas yoxdur", - deyə Y.Kuşnaryov bildirib.

Trend in xüsusi müxbirinin xəbər verdiyi kimi, onun sözlərinə görə, antiböhran koalisiyası və prezidentin əməkdaşlığının effektivliyindən "hamı, hər şeydən əvvəl, Ukrayna xalqı qazanır".

Xəbər lenti

Xəbər lenti