...

NATO baş katibi Əfqanıstana gəlib

Dünya xəbərləri Materials 20 İyul 2006 18:02 (UTC +04:00)

NATO baş katibi Yaap de Hoop Sxeffer əfqan rəhbərliyi və Əfqanıstandakı koalisiya qüvvələrinin komandanlığı ilə danışıqlar aparmaq üçün bu gün Kabula gəlib.

Bu barədə əfqan hökümətindəki rəsmi mənbələrdən xəbər veriblər. Səfər zamanı onu alyansın komandanlıq nümayəndələri də müşayiət edirlər.

Trend in xəbər verdiyi kimi, iyulun sonuna qədər NATO Əfqanıstandakı kontingentini 16 min nəfərə qədər artırmağı planlaşdırır. Ehtimal olunur ki, həftə ərzində NATO qoşunları Gilmend əyalətinə daxil olacaq və orada fəaliyyət göstərən Amerika bölmələrini əvəz edəcəklər. Bu barədə İTAR-TASS xəbər verib.

Xəbər lenti

Xəbər lenti