...

"Fortuna" radiostansiyası: Kodori dərəsində aparılan xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının 3 əməkdaşı yaralanıb

Dünya xəbərləri Materials 27 İyul 2006 15:52 (UTC +04:00)

Kodori dərəsində aparılan xüsusi əməliyyat zamanı Gürcüstan hüquq-mühafizə orqanlarının 3 əməkdaşı yaralanıb. Bu barədə saat 13:00-da Gürcüstanın "Fortuna" radiostansiyası xəbər verib.

Trend in Novosti-Qruziyaya istinadən xəbər verdiyi kimi, radiostansiyanın verdiyi məlumata görə, iyulun 27-də yaralılar Çuberi kəndinə göndərilib və onların həyatı təhlükədə deyil.

"Fortuna"nın məlumatında deyilir ki, iyulun 27-də Kodori dərəsində vəziyyət əvvəlki kimi qalmaqdadır. Atəş səsləri eşidilmir, Çuberi kəndi yaxınlığında isə təcili yardım maşınları yığılıb.

Xəbər lenti

Xəbər lenti