...

Yuri Yexanurov: Türkmənistan qazına görə Ukraynanın borcu 250 mln dollardan 47 mln dollara qədər azalıb

Dünya xəbərləri Materials 27 İyul 2006 18:38 (UTC +04:00)

Bu il Türkmənistan qazına görə Ukraynanın borcu 250 mln dollardan 47,3 mln. dollara qədər azalıb. Bu barədə baş nazir Yuri Yexanurov hökumətin birinci yarım ildəki fəaliyyətinə görə hesab verərkən blildirib.

"Türkmənistan tərəfinin də çatdırılmış avadanlıq və Türkmənistan ərazisində görülmüş işlərə görə Ukrayna müəssisələrinə eyni həcmdə borcu var" - deyə o qeyd edib.

Trend "İTAR-TASS"a istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, söhbət əsasən borulardan gedir. Yexanurovun dediklərinə görə, Ukrayna idxal olunan qaz üçün bazar qiymətlərinin müəyyənləşdirilməsi məsələsini təxirə salaraq, " çox vacib keçid dövrü" əldə edib. Eenergetika sahəsində səmərəli siyasətin yürüdülməsi sayəsində metalurgiyada qazın istifadəsini 5 ay ərzində 24%, elektrik enerjisinin istifadəsini isə - 18% azaltmaq mümkün olub.

Xəbər lenti

Xəbər lenti